Daxili İşlər Nazirliyi Bakıda şirkətlərin birində oğurluq olması ilə bağlı məlumat yayıb.

DİN-dən unikal.org-a verilən məlumata görə, 
Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən aprelin 20-də rayon ərazisindəki MMC-lərdən birinin anbarından 2000 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fikrət Abdullayev tutulub.