Xalq təbabətində qozun balla qarışığı "min bir dərdin dərmanı sayılır və bir çox xəstəliklərin və pozulmaların müalicəsində uğurla istifadə olunur.
Beləliklə, bu qarışıq:
-Prostat vəzini və cinsi zəifliyi ən yaxşı müalicə edir,
- qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir,
- qanı təmizləyir,
- qurdqovucu təsir edir,
- qara ciyəri və bağırsaqları təmizləyir,
- artıq çəkidən azad olmağa kömək edir,
- orqanizmi cavanlaşdırır,
- immun sistemini möhkəmləndirir,
- orqanizmə xərçəng əleyhinə təsir edir.
Qarışığın hazırlanması:
1. Bu qarışığı hazırlamaq üçün 1 kq goz və 1 kq bal götürülür.
2. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir.
3. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır.
4. Qarışığı qəbul etməkdən əvvəl 2 ay ərzində quru sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlamaq lazımdır (vaxtaşırı olaraq qarışığı qarışdırın).
5. Hazır qarışıq soyuducuda saxlanılır.
Qarışığın istifadəsi:
Hazır qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.
Bu qarışığı istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.SaqlamHeyat.az