"Metroparka maşınla gələnlər yeni problemlə üzləşiblər.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, problemə səbəb isə alış-veriş mərkəzi yaxınlığındakı parkomatın yığışdırılması olub.

Belə ki, ticarət mərkəzi yaxınlığında parkomat ləğv edilərək yerində maşın saxlamaq qadağandır işarəsi qoyulub. Yol nişanındakı qadağa 40 metr ərazidə qüvvədədir. Qadağaya riayət etməyənlər isə 20 AZN civarında cərimə oluna bilərlər. Üstəlik maşının evakuator tərəfindən aparılmasını nəzərə alsaq ümumilikdə 40 manat ziyana düşə bilərsiz.