Revmatizm immunitet sistemindəki problemlər səbəbilə oynaqların daxilində qığırdaq toxumalarının iltihabı nəticəsində yaranır.

Bu xəstəlik uzun müddət müalicə olunmadıqda zamanla oynaqların hərəkət qabiliyyətini məhdudlaşdırır. Günümüzdə revmatizm müalicəsində istifadə olunan müalicəvi pereparatlar xəstəliyin təsirini azaldaraq yüngülləşdirilməsinə kömək edir. Lakin elmi təbabət, aclıq terapiyası, çiy qidalanma ilə bu xəstəliyi aradan qaldırmaq olar.

Bütün xəstəliklərin əsas yaranma səbəbi düzgün, sağlam qidalanmamaqdır.

Unikal.org bildirir ki, gündəlik qidalarımıza revmatizmə xeyirli olan qidaları əlavə edib oynaqdakı ağrıları, şişliyi və iltihablanmanın şiddətini azalda bilərik.

Nar: Son bir neçə ildə aparılan tədqiqatlar sübut edib ki, nar revmatizm xəstəliyində sümük və qığırdaqlarda yaranan iltihablanmanın qarşısını alır. Müntəzəm olaraq nar suyu, ya da meyvənin özünü yemək revmatizm ağrılarını və şişləri azaldır.

Balıq: Xüsusilə alabalıq və ton balıqları. Tərkibində bol miqdarda omeqa yağ turşuları olduğuna görə iltihablı xəstəliklərə, həmçinin revmatizmaya qarşı çox xeyirlidir. Həftədə ən az 3 dəfə balıq yemək revmatizm ağrılarını azaldar və oynaqlara təsir edən iltihabın artmasını ləngidər.

Kətan toxumu: Balıqda olduğu kimi kətan toxumunda da yüksək miqdarda omeqa 3, omeqa 6 yağ turşuları və lifi maddə olan "lignan" var. Gündəlik olaraq işlədilən kətan toxumu oynaq ağrılarını yüngülləşdirərək oynaq sərtləşməsini azaldır.

Qarağat, hodan otu: Bunlarında tərkibində omeqa-6 yağ turşusunu bol olması oynaqdakı iltihablanmanı azaldır və revmatizm ağrılarını dəf edir. Mahud çiçəyi, hodan otu, qarağat omeqa yağları ilə zəngin olduğu üçün xeyirli məhsullar siyahısında seçilir. Lakin xüsusilə dərman kimi hodan otunun çox qəbulu qaraciyər pozğunluğuna gətirib çıxarar.

Yumurta: sağlam toxuma, möhkəm sümük və oynaq yaradan yumurtanın tərkibindəki kalsium sayəsində yumurta yemək revmatizmaya xeyirli təsir edir. Həmçinin B vitamini baxımından zəngin olan yumurta əzələ və oynaqların inkişafına kömək edir.

Burdan belə nəticəyə gəlinir ki, omeqa, kalsium və B qrup vimanləri ilə bol olan qidalar revmatizmanın dərmanı sayılır. Yəni: paxlalı bitkilər, sarımsaq, sitrus meyvələri, çaytikanı və.s məhsullar revmatizmaya təbii təsir edən yiyəcəklərdir. Pereparatların əlində əsir-yesir qalmaq istəməyənlər bu üsullardan istifadə edə bilərlər.