Qusar rayonunda yük avtomobili yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Suvacal kəndində vətəndaşa məxsus "UAZ markalı yük avtomobilinin kabina hissəsi yanıb.

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.