"Azəryüngülyeyintisənaye ASC Xətai Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

Unikal.org report-a istinadən məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən ASC kompensasiya ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı qismən təmin edib. Hökmdən narazı qalan icra hakimiyyəti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Üçüncü şəxs qismində isə Maliyyə Nazirliyi göstərilib.

Qeyd edək ki, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovdur.