Sankt-Peterburqda ikinci həftədir ki, qeyri-sabit hava şəraiti hökm sürür.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  bir neçə yağışlı gündən sonra şənbə günü şəhəri yenə qar örtüb.

Qeyd edək ki, Rusiyanın şimal paytaxtına gözlənilməz qar yağıb.

Son iki həftə ərzində qar örtüyünün maksimum səviyyəsi Peterburqun bəzi rayonlarında 13 sm çatıb, bu da yanvar ayında yağmış qarla eyni səviyyədədir.