Ekvador hakimiyyəti ilin əvvəlindən ölkədə baş verən güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının onlarla olduğu barədə məlumat verib.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, Cənubi Amerika ölkəsinin Risklərin idarə olunması üzrə nazirliyi ölənlərin ümumi sayı 32 nəfər təşkil etdiyi, 40 nəfər yaralandığı və bir nəfər itkin düşdüyünü bildirib.

Yalnız aprel ayı ərzində 16 nəfər ölüb, 32 min ev zərər çəkib.