Azərbaycanlı model Günay Musayevadan boşandıqdan sonra yenidən ailə həyatı quran aktyor Tolqa Karel ikinci dəfə ata olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da Sarah Skottla evlənən Karel yeni doğulan körpəsinin şəkillərini sosial şəbəkədə paylaşıb.

Tolqa "Mənim qızım. Sarah Skottla, bizim yeni hekayəmiz, yeni həyatımız. Təşəkkürlər Allahım" deyə, bildirib.

Qeyd edək ki, Tolqanın Günay Musayevadan Cihangir adlı bir övladı var. Karel və Musayeva 2015-ci ildə boşanıb.