Bu gün Fransada prezident seçkilərinin birinci turunun səsverməsi başlayır.

Unikal.org-un məlumatına görə, 45 milyondan artıq fransalı seçici mayın 7-də prezident kürsüsü uğrunda mübarizə aparacaq iki namizədin adı müəyyən edəcək.

Seçki məntəqələrinin qapıları Fransanın Avropa hissəsində Paris vaxti ilə saat 08:00-da açılacaqdır. Ölkənin xaricdə yerləşən ərazilərində saat fərqinə görə səsvermə aprelin 22-si başlayıb.

Fransanın ali siyasi postu uğrunda seçkilərinin favoritləri kimi "Marşda" hərəkatının banisi Emmanuel Makron və "Milli cəbhənin" lideri Marin Le Pen qeyd olunurlar.