Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz Əs-Səud hökumətin tərkibində kadr dəyişiklikləri edib, həmçinin ABŞ-a yeni səfir təyin edib.

Unikal.org xəbər verir ki, Krallığın Birləşmiş Ştatlardakı yeni səfiri şahzadə Xalid ibn Salman Əbdül Əziz əs-Səud təyin olunub.

"The Straits Times nəşri yazır ki, yeni səfir ölkənin hərbi aviasiyasının pilotudur.

Monarxın qərarı ilə ölkədə Milli Təhlükəsizlik Mərkəzi yaradılıb. Dövlət xidməti işləri naziri vəzifəsindən kənarlaşdırılıb. O güman edir ki, nazir səlahiyyətlərindən sui-istifadə edə bilər. Bununla əlaqədar xüsusi tədqiqat komitəsi yaradılıb.

Eyni zamanda, İbrahim əl-Ömər Baş İnvestisiya İdarəsinin rəhbəri təyin olunub.