Ötən gecə Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə "MERCEDES markalı mikroavtobusun yanar hissələri yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 05:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.