Amfibiya tipli "Bayraqtar gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin ixtiyarına verilib.

Gəminin təhvil verilməsi zamanı çıxış edən Türkiyənin Müdafiə naziri Fikri İşıq bildirib ki, donanmada milli texnoloji yeniliklərin yaradılması baxımından ölkəsi ilk 10-luğa daxildir.

Nazir bu hadisədən böyük qürur hissi keçirdiyini də əlavə edib.

Xatırladaq ki, 2011-c ildə Türkiyə Milli Müdafə Nazirliyi LST layihəsi çərçivəsində yerli hərbi texnologiya şirkəti HAVELSAN-la müqavilə imzalamışdı. Müqavilədə şirkətin amfibiya tipli gəmilər inşa etməsi nəzərdə tutulur.

Qeyd edək ki, gəminin uzunluğu 139, eni 19,6 metr, həcmi isə 7254 tondur.