Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, yolun 43-cü kilometrliyində - Abşeron rayonu ərazisində "VAZ 2107" markalı minik avtomobili 63 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.