Daşnaksutyun partiyası Ermənistan hakimiyyəti ilə danışıqlar aparır. Məqsəd yeni hökumətdə daha bir nazirliyin daşnaklara həvalə edilməsidir.

Hazırkı Ermənistan hökümətində 3 daşnak nazir var.

Regional İdarəetmə, Təhsil və Ətraf mühitin qorunması nazirlikləri Daşnaksutyun partiyasının ixtiyarına verilib. Lakin aprelin 2-də cəmi 7 faiz səs toplayan Daşnaksutyun daha bir nazir portfelini götürməyə çalışır.

Daşnaklar Sarkisyandan kifayət qədər geniş maliyyə xərclərinə malik olan Əmək və sosial işlər və ya Səhiyyə nazirliklərindən birini istəyir.