Hacıqabulda "Baron ləqəbi ilə tanınan narkotik alverçisi tutulub. 

Unikal.org Xəzər TV-yə istinadən xəbər verir ki, rayon sakini İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman kibrit qutularına yığılmış 10 qrama yaxın marixuana aşkar edilərək götürülüb. Onun evindən isə bir kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana tapılıb. 

Faktla bağlı Hacıqabul Polis Şöbəsində araşdırma aparılır.