Qırğızıstanın Cəlilabad vilayətində torpaq sürüşməsi baş verib.

Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha 2-sı ağır xəsarət alıb.

Məlumata əsasən, ölən və yaralananlar Bazar-Korqon rayonunda su kəmərinin təmiri ilə məşğul olan fəhlələr olub. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xilasedicilər tərəfindən torpaq altından çıxarılan daha 2 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.