Fransa prezidentliyinə namizəd Marin Le Penseçkilərinbirinci turunda önə çıxıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin ilk açıqlamasında bildirilir.

İlkin hesablamalara əsasən, Milli Cəbhə partiyasının lideri Marin Le Pen 24,15 % səs toplayıb. Onun əsas rəqibi sabiq iqtisadiyyat naziri Emmanuel Makron ikinci yerdədir (21,43%). Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,34 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon 17,96 faiz səslə dördüncü yerdə qərarlaşıb.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, sabiq iqtisadiyyat naziri, "En Marche (Yürüş) Hərakatının lideri Emmanuel Makron öndədir. O, 24% səs toplayıb.

Onun əsas rəqibləri "Milli Cəbhə partiyasının lideri Marin Le Pen, sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon və "Fəth olunmamış Fransa hərəkatının başçısı Jan-Lyuk Melanşon 18-20% səs toplayır.

Fransada birinci tur prezident seçkilərində 11 namizəd iştirak edir. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.