Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən danışıb.

Aktrisanın sözlərinə görə, onu ən çox narahat edən rəylər anası, atası və qardaşı ilə bağlı yazılanlar olub.

Unikal.org yenicag.az-a istinadən Pərvinin müsahibəsindən kiçik bir hissəni təqdim edir:

- Bir müddət öncə sosial şəbəkədə çimərlik geyimlərində fotolarını paylaşdın. Bu, insanlar tərəfindən birmənalı qarşılanmadı. Həmin fotoların altından xoşagəlməz rəylər yazdılar. Sənin də reaksiyan çox sərt oldu-¦

- Çünki bilmirlər söhbət nədən gedir, amma əleyhimə danışıb, ağızlarına gələni yazırlar. Məni tanımadan mühakimə edirlər və o zaman da çox qəddar olurlar. Özümə kim nə deyir desin, amma ailəmə toxunmasınlar. Bəlkə də mən göz önündə olduğuma, ya məni qısqandıqlarına, ya da elə kimsə sırf dindarlığı üzündən o fotolara görə mənə təhqiramiz sözlər yazdılar. Amma hər şeyin həddi var: bir var tənqid, irad, bir də var təhqir.

- Ən sərt təhqir nə idi?

- Anam, atam və qardaşımla bağlı ağızlarına gələni yazdılar.

- Nə yazmışdılar ki?

- İnşallah anan, qardaşın, atan ölər və sən də onların yasında oynayarsan.

- Məhkəməyə nə əcəb vermədin?

- Verəcəkdim, sadəcə olaraq, məni təhqir edənin ailəsi, əmisi uşaqları, bütün nəsli müxtəlif yollarla mənə zəng edib yalvardılar, hamısı məndən üzr istədilər. Dedilər ki, bunu yazan uşaqdır, yaşı azdır, mən də keçdim.