İnsan orqanizmi üçün ən təhlükəli spirtli içki açıqlanıb.

Unikal.org xəbər verir ki, Kanada mütəxəssisləri apardıqları araşdırma zamanı bu təhlükəli içkinin araq və energetik içkilərin qarışımı oduğunu bildirib.

Mütəxəssislərin araşdırmasına görə, bu içki ilk növbədə ürəyə ziyandır.

Bu qarışım insan səhhəti üçün olduqca ziyan olması ilə yanaşı həm də öldürücü ola bilir.

Eyni zamanda bu içki insan davranışına mənfi təsir göstərir. Çünki alkoqol diqqəti azaldır, energetik içki isə əksinə gümrahlıq verir.

Onların ikisi bir yerdə olanda isə dəhşətli vəziyyət ortaya çıxır. Bu cür kokteyli içən şəxsin həyatı təhlükəyə girir. Mütəxxəssis araşdırması göstərib ki, araq və energetik içkini eyni zamanda içən şəxslər daha çox avtomobil qəzasına düşür və münaqişə zəminində daha çox xəsarət alan tərəf olurlar.cebhe.info