Müğənni Damla kimi tanınan Məmmədova Məsumə Qərib qızı Rusiyadan deportasiya edilib.

Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub. Bildirilir ki, Damla bir neçə məclisdən aldığı behi məcburən geri qaytarıb.

Qeyd edək ki, son zamanlar adı bir sıra qalmaqallarda hallanan sənətçi daha çox Rusiya Federasiyasındakı məclislərdə çıxış edir.