Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qaynı Mixail Mqaloblişvili 4 il azadlıqdan məhrum edilib.

Unikal.org gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Tiflis şəhər məhkəməsi qərar çıxardıb.

Mqaloblişvili qanunsuz silah əldə etmə və saxlamaqda günahlandırılır. Məhkəmə prosesində Gürcüstanın birinci xanımı da iştirak edib.

Qeyd edək ki, Gürcüstan prezidentinin qaynı bu ilin yanvarın 14-də tutulub.
ixail Mqaloblişvili barəsində yanvarın 13-də məhkəmənin qərarına görə, qətimkan tədbiri seçilib.

Mqaloblişvili üç dəfə məhkum olunub. O, bundan əvvəl 17 il həbs cəzasına məhkum edilsə də, üç ildən sonra, 2015-ci ildə Gürcüstan prezidenti onu əfv edib. O, bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. İlk dəfə 2008-ci ildə narkotik vasitədən istifadə və polisə müqavimət göstərdiyinə görə həbsə alınıb. Buna görə o, iki il müddətinə azadlıqdan məhrum edilib və 9 ay cəza çəkdikdən sonra amnistiyaya düşüb. 2009-cu ildə isə yenidən narkotikdən istifadə etdiyi üçün həbs edilib.(azvision.az)