İngiltərənin "Çelsi" klubu İtaliyanın "İnter"ində oynayan İvan Perişiçi transfer etmək istəyir. "Zadəganlar" xorvatiyalı müdafiəçinin xidmətində çoxdan maraqlıdır.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, "Çelsi" 28 yaşlı futbolçunun transferinə görə 65 milyon avrodan keçməyə hazırdır. London klubunun əzəli rəqibi "Mançester Yunayted" isə bu futbolçunu 51 milyon avroya almaq istəyir. "Nerazzurri" "Financial fair play" qaydalarını pozmamaq üçün Perişiçi yaxşı məbləğə satmağa razıdır.

Onun klubla müqaviləsi 2020-ci ildə başa çatacaq.