Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza törədib.

Unikal.org "Report"a istinadən xəbər verir ki,  hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, ərazisində "BMW" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozaraq qoşa xəttin üzərindən keçərək əks istiqamətə hərəkət edən zaman "Mercedes" markalı avtomobil ona çırpılıb. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Dövlət Yol Polisi İdarəsinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.