Abşeronda intihara cəhd olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Mehdiabad qəsəbə sakini, 1991-ci il təvəllüdlü Ayşən Əbülfət qızı İsmayılova intihar məqsədi ilə sirkə turşusu içib. O, ailə üzvləri tərəfindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, A. İsmayılova sevdiyi oğlan onu tərk etdiyi üçün canına qəsd edib.