Biləsuvarda ölüm hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  rayonun Xırmandalı kənd sakini, 65 yaşlı Ədalət Yadulla oğlu Əliyev küçədə gedərkən anidən yerə yıxılıb. Yaxınlıqda olanlar ona yardım etməyə çalışsalar da, Y. Əliyev orada vəfat edib.

Ədalət Əliyevin ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.