Bu gün Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçiriləcək.

Unikal.org xəbər verir ki, Aİ-nin danışıqlar üzrə heyətinin rəhbəri Avropa Xarici Əlaqələr Xidmətinin əməkdaşı Luk Devindir. XİN-də keçiriləcək görüşdə Azərbaycanın təqdim etdiyi və Aİ-nin dəyişikliklər təklif etdiyi sənəd üzrə danışıqlar aparılacaq.

Danışıqlar ilkin olaraq siyasi məsələləri əhatə edəcək.