Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Abşeron rayonunun Digah qəsəbəsində Tural Kərimov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən Qətibə Kərimovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.