Bu gün Rəcəb Tayyib Ərdoğan Konstitusiya Məhkəməsinin yaradılması ildönümü ilə bağlı keçirilən tədbirə qatılıb. Tədbirdə iştirak edənlər arasında CHP sədri Kamal Kılıçdaroğluda var.

Unikal.org xəbər verir ki, Məhkəmənin yaradılmasının 55-ci il dönümünə qatılanlar arasında Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım, Məclis Başçısı İsmayıl Qəhrəman və CHP sədri Kamal Kılıçdaroğluda var.

Referendum ərəfəsində meydanlarda bir-birlərinin ünvanına sərt ifadələr işlədən Kılıçdaroğlu və Binali Yıldırımın yan-yana oturması isə diqqət çəkib. Eyni sırada Prezident Ərdoğanın da olduğu görünür. İki liderin səmimi rəftarı da diqqətlərdən yayınmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə keçirilən referendumda seçicilərini "yox deməyə çağıran Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu seçkidən sonra nəticələrin mübahisəli olduğunu söyləyib. O seçicilərin 50 faizinin referendumda "yox dediyini irəli sürüb. Məsələyə müdaxilə edən Ərdoğan isə Kamal Kılıçdaroğlunu seçkiləri tanımağa çağırıb.