Keniyada avtobusla yük avtomobilinin toqquşması nəticəsində azı 27 nəfər ölüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qəza ölkənin iki böyük şəhərini Keniyanın paytaxtı Nayrobi ilə Mombasunu birləşdirən avtomobil yolunun kəsişməsində olub.

Hadisə baş verən zaman avtobus Mombasuya doğru, yük maşını isə əks istiqamətdə hərəkət edirmiş.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.