Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında Avropa Şurasının (AŞ) baş katibi Tyorbörn Yaqland məruzə ilə çıxış edib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, daha sonra məruzəçi assambleya üzvlərinin suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Dağlıq Qarabağla bağlı sualına cavab verən baş katib rəhbərlik etdiyi təşkilatın bu münaqişə ilə məşğul olmadığını bildirib: "Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, mən sizə heç cür cavab verə bilməyəcəyəm. Çünki bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur. Üzgünəm, amma Minsk qrupu bizi bu prosesdə iştiraka dəvət etməyib. Mənim də istəyim odur ki, AŞ insan hüquqlarının vəziyyəti ilə bağlı bacardığımız şeyləri edə bilməyimiz üçün hər yerdə işləyə bilsin. Amma bu məsələ Minsk qrupu tərəfindən idarə olunur.