Google şirkətinin həmtəsisçilərindən biri olan Larri Peycin maliyyələşdirdiyi Kitty Hawk şirkəti uçan avtomobilin videosunu paylaşıb.

Unikal.org aznews.az-a istinadən xəbər verir ki, Flyer adlı sərnişin kopteri su üzərində uçuşlar üçün nəzərdə tutulub.

Elektrik dartı qüvvəsi ilə işləyən aparatın təxminən 100 kiloqram çəkisi var və bir sərnişin üçün nəzərdə tutulub.

Şirkət bildirib ki, bu uçan aparat ilin sonlarına yaxın satışa çıxarılacaq. Onun qiyməti isə hələlik açıqlanmır.