Türkiyə Suriya və İraqa zərbələri ABŞ və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya ilə razılaşdırmadan endirib.

Unikal.org  "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mark Toner bildirib.

"Bu zərbələr koalisiya tərəfindən dəstəklənməyib və "Peşmərgənin üzvləri də daxil olmaqla, İŞİD-lə mübarizədə tərəfdaşlarımızın faciəvi ölümünə səbəb olub, - deyə Toner bildirib.

Onun sözlərinə görə, İraq ərazisində bütün hərbi əməliyyatlar bu ölkənin suverenliyinə xələl gətirməməlidir.

"Türkiyənin və İŞİD-lə mübarizə aparan digər tərəfdaşlarımızın addımlarının əlaqələndirməsi həyati əhəmiyyət daşıyır, - deyə Toner qeyd edib.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının (PKK, PYD, YPG) Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib. Terrorçular arasında xeyli itkilərin olduğu bildirilir.