Səhər 07:30 radələrində "Bakı Olimpiya Stadionu"nun qarşısında qəza hadisəsi baş verib.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, 24 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobillə toqquşub.

Sərnişinlərdən ciddi xəsarət alan olan olmasa da, qəza sonrası Heydər Əliyev prospektində qısa müddətlik tıxac yaranıb. Hadisə yerinə gələn polis əməkdaşları yolda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün dərhal müdaxilə ediblər.