Bakıda yaşayış evi yanıb.

Unikal.org xəbər verir ki, Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi ev 1 A ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən evin yanaraq konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1950-ci il təvəllüdlü Asadulun Siaddin Alimoviçin yanmış meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.