Qərb ölkələrinin hotellərində müştərilərin "yaradıcılıq" və "sənət" axtarışları ilə bağlı çoxsaylı perfomanslar olur. Belə perfomanslar arasında yataq dəstlərindən, yastıq və mələfələrdən fiqurlar yaradılması da var.

Unikal.org sun.day.az-a istinadən bildirir ki, Bakıdakı hotellərdən birində də belə perfomans olub.

Turistlərdən biri qaldığı otağı yığışdıran və təmizləyən servis əməkdaşı olan xanımla zarafatlaşmaq qərarına gəlib.

O, hər səhər yatağında şən, qəribə fiqurlar hazırlayırdı.

Hotelin əməkdaşı olan xanım da hər əsərə cavab yazırdı. Bu "macəra" bir neçə gün davam edib və sonucda turist hoteldə çalışan xanıma xoş sürpriz edib.