Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi intihar edib.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, sözügedən məlumatı ölkənin İstintaq Komitəsi yayıb.

Müddətli hərbçisi Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb. Məlumata görə, 19 yaşlı hərbçi pulemyotdan özünə atəş açaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.