Bakıda 15 yaşlı qıza qarşı soyğunçuluğa cəhd edənin şəxsiyyəti müəyyənləşdirilib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində Lənkəran şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177, 180 və 228 maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Mirzə Vahabov tutulub.

Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ev 8 B ünvanının qarşısında qeydə alınıb. Həmin ərazidə naməlum şəxs 2002-ci il təvəllüdlü A.İ.-yə qarşı zor tətbiq etməklə məktəbli çantasını əlindən almağa cəhd edib.

Məktəbli qışqırdığından naməlum şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.