"Baku Medical Plaza 25.04.2017-ci il tarixdə saat 03:20-də baş verən uşaq ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Klinikadan Unikal.org-a verilən məlumatda qeyd olunub ki, hamilə Firəngiz Məmmədova BMP klinikasına doğum sancıları ilə 24.04.2017 tarixdə saat 19:40-da qəbul olunub: "Partnyor doğuş olduğu üçün doğuşda əvvəldən axıra kimi hamilənin qohumu - bibisi qızı iştirak edib. Sancı dövründə doğuşun gedişatında hər hansı bir ağırlaşma qeyd edilməyib. Ananın və dölün vəziyyəti norma daxilində olub. Ananın vəziyyətində həyatı təhlükənin olması ilə bağlı verilən məlumat tamamilə yanlışdır. Doğuşu qeysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılması üçün heç bir göstəriş olmayıb.

Doğuşu icra edən həkim Sevinc Qəhrəmanova uşağın boğlulmasının səbəblərini belə izah edib: "Uşaq doğulan zaman göbək ciyəsinin dölün boynuna, bədəninə, qoluna dolanması və nisbi qısa olması aşkarlanıb. Doğularkən körpədə qeyd olunan boğulma əlamətlərini yalnız bu səbəblə əlaqələndirmək olar. Təbii ki, daha dəqiq cavabı patoloji-anatomik təşrih nəticəsində vermək olardı. Lakin klinikanın rəhbərliyinin və həkimin təkidinə baxmayaraq xəstə yaxınları uşağın təşrih olunmasından qəti imtina etmişdirlər - bu barədə akt tərtib olunub.

"Baku Medical Plaza klinikasından o da bildirilib ki, iltizamnamədə qadının və həyat yoldaşının klinikadan və həkimdən şikayətlərinin olmadığı qeyd olunub.

Həsən Babayev