Ermənistanın Qida Təhlükəsizliyi Dövlət Xidməti 23 apreldən üç gün ərzində ölkədə Azərbaycanda istehsal olunan almaların satılması ilə bağlı KİV-də yayılmış məlumatın yoxlanması üçün bazarda genişmiqyaslı yoxlamalar keçirib.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, Dövlət Xidməti Yerevanda, Malatiya-Sebastiya inzibati dairəsində meyvə-tərəvəzlərin satıldığı kənd təsərrüfatı yarmarkalarında, Leninqradyan və Asratyan küçələrində meyvə-tərəvəz satış məntəqələrində və Xorenasi küçəsində yerləşən "1â„–-li erməni bazarında" yoxlamalar aparılıb. İnspektorlara bu məhsulları taparaq təcili məhv etmək tapşırılıb.

Lakin Dövlət Xidməti yoxlamalar aparılan ərazilərdə Azərbaycan istehsalı olan hər hansı məhsul, o cümlədən almaya rast gəlinmədiyi ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, erməni KİV-i Yerevan bazarlarında Azərbaycanın Quba rayonunda yetişdirilmiş almaların satışı ilə bağlı məlumat yaymışdı. Hətta bəzi erməni məmurları əhaliyə "təhlükəsizlik məsələlərinə" görə Azərbaycan almalarını almamaq çağırışı etmişdi.