Gəncə sakini sirkə turşusundan zəhərlənib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhərin Cavad xan qəsəbəsində yaşayan 1941-ci il təvəllüdlü Cəfərov Vaqif İbrahim oğlu sirkə turşusu ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. V. Cəfərovun hansı şəraitdə zəhərləndiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.