Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Miq-31" qırıcı təyyarəsi Buryatiya Respublikasında yerləşən Telemba poliqonunda qəzaya uğrayıb.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, hadisə planlı təlim uçuşu zamanı baş verib.

İlkin məlumata əsasən hər iki pilot xilas ola bilib. Axtarış-xilasetmə xidmətinə məxsus helikopter hadisə yerinə yollanıb.