Quba rayon Təhsil İdarəsi intihara cəhd edən Söhüb kənd orta məktəbinin müəllimi 1990-cı il təvəllüdlü Ruslan Əlimustafa oğlu Zərbalıyev barədə yayılan məlumatlara münasibət bildirilib.

Unikal.org-un əməkdaşına açıqlama verən rayon təhsil şöbəsinin müdir müavini Pərviz Nurməmmədov deyib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır: "İntihara cəhd etmənin səbəblərini bilmirik. Məsələ ilə bağlı Təhsil Nazirliyinə lazimi məlumatlar verilib.

Şöbə rəsmisi vurğulayıb ki, Söhüb kənd orta məktəbinin müəllimi 1990-cı il təvəllüdlü Ruslan Əlimustafa oğlu Zərbalıyev bir neçə gün əvvəl "bületenə çıxıb": "Hadisə dünən axşam baş verib. Müəllim "Oscar" hoteldə gecələyib. Hazırda Quba Rayon Mərkəzi Xəstəxanasındadır və vəziyyəti normaldır. Biz özümüz də bura gəlimişik. Müəllimlə danışıq aparacağıq və bundan sonra hadisənin ətraflı səbəbləri məlum olacaq.
Qeyd edək ki, Quba rayonunda orta məktəb müəllimi intihara cəhd edib. Ruslan Əlimustafa oğlu Zərbalıyev məktub yazaraq damarlarını kəsib.

Amid Əyyuboğlu