Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ş. Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ş. Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb, pulu verməyib. Buna görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanılıb.