Şəxsi avtomobil sahiblərinin mobil tətbiqi vasitəsilə taksicilik etməsinə imkan təmin edən Uber uçan avtomobillərlə xidmət göstərəcək.

Unikal.org "Marja"ya istinadən xəbər verir ki, Uber "Aurora Flight Sciences" adlı şirkəti, "Elektriklə işləyən və şaquli qalxış-eniş edən hava nəqliyyat vasitəsi" (VTOL) texnologiyası inkişaf etdirmək üçün tərəfdaş seçib.

Sözügedən texnologiyanın ilk testinin, keçən həftə uğurlu şəkildə həyata keçirildiyi qeyd edilən açıqlamada, Uber-in 2020-ci ildən etibarən 50 ədəd uçan maşını təhvil alacağı bildirilib.

Açıqlamada fikirlərinə yer verilən Uber-in Mühəndislik direktoru Mark Moore, VTOL texnologiyasının dünya üzrə şəhəriçi nəqliyyatı inkişaf etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Uber taksiləri Bakıda da fəaliyyət göstərir.