Aktrisa Pərvin Abıyeva "ATV kulis verilişində sənəti ilə bağlı açıqlamalar edib.

Unikal.org xəbər verir ki,  aktrisa çəkildiyi filmlərdən aldığı qonorarın məbləğini açıqlayıb:

"İnsanlar məni çox ittiham edirlər, nələrsə yapışdırırlar. Yazırlar ki, 120 manat maaş alırsan, necə bahalı yerlərdə gəzir, maşın sürürsən?.

Mən heç vaxt teatrın qapısından içəri girməmişəm. Tamaşalara baxmağa getmişəm, amma orada çalışmamışam. Hər filmimin bir ayından 10 min pul alıram. Heç bu mənə bəs etmir. Ailədən gələn pul var, həm də özüm qazanıram. Əlavə bizneslərlə məşğul oluram. Çox qazanıram, amma onun iki-üç qatını xərcləyirəm. Aktrisalıqdan qazandığım mənə bəs etmir".