"Manatın məzənnəsi ilə əlaqəli yaxın zaman üçün nəisə proqnozlaşdırmaq çətindir.

Bildergebnis für Qubad ibadoğluBu fikirləri Unikal.org-a iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O, fikirlərini belə əsaslandırıb: "Çünki ölkədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərəd tutulub. Yəqin ki, bu müddət ərzində manatın məzənnəsi ilə bağlı dəyişikliklərə rəvac verilməyəcək. Manatın məznnəsi çox gümanki olduğu səviyyədə saxlanılacaq. Dəyişikliklər olsa da, bu cüzi xarakter daşıyacaq. Bu ilin avqust ayından etibarən manatın məzənnəsində yenidən ucuzlaşma müşahidə olunacaq. Bu, tez də baş verə bilər. Bütövlükdə götürəndə bu ilin ikinci yarısından manatın ucuzlaşması və dolların bahalaşmasını müşahidə edəcəyik.

Həsən Babayev