DÇ-2018-in final mərhələsində video hakim funksiyasından istifadə olunacaq.

Unikal.org-un məlumatına görə, bu barədə FİFA prezidenti Cianni İnfantino açıqlama verib.

Ali futbol qurumunun rəhbəri bildirib ki, bu sistem artıq müsbət nəticə verib: "Biz bu sistemdən ancaq müsbət nəticələr almışıq. Ona görə də qarşıdakı mundialda hakimlərə kömək üçün istifadə olunacaq.

Qeyd edək ki, video hakim funksiyası DÇ-dən öncə Konfederasiyalar Kubokunda istifadə olunacaq.