Türkiyədə avtobusla yük avtomobilinin toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ankara-Konya avtomobil yolunun Ahiboz hissəsində baş verib.

Xəstəxanaya yerləşdirilən yaralılardan 3-ü qadındır.