Türkiyədə Konstitusiya islahatları Avropa Birliyi ilə bu ölkənin münasibətlərini ciddi şəkildə çətinləşdirdi.

Bunu Almaniya parlamentində çıxışı zamanı kansler Angela Merkel söyləyib. O, Ankaranı beynəlxalq təşkilatların tənqidinə qulaq asmağa çağırıb.

Qeyd edək ki, 16 apreldə keçirilən referendumda ölkə əhalisinin 51%-i Konstitusiya dəyişikliyinin lehinə səs verib. Bununla da Türkiyə parlamentli respublikadan prezident idarə üsuluna keçib.